Pakistanın Peşəvər şəhərində, ölkənin şimal-şərqində ABŞ konsulluğunun avtomobilinin partladılması nəticəsində bir pakistanlı həlak olub, bir neçə amerika vətəndaşı isə yüngül xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pakistan KİV-lərinin məlumatında bildirilir ki, məsafədən idarə olunan partlayıcı qurğu Peşəvərin küçələrindən birində, Amerika konsulluğunun iki avtomobilinin bu küçə ilə hərəkəti zamanı işə salınıb.
İlkin məlumata əsasən, həlk olan pakistanlı yoldan keçən biri olub.
Qeyd edək ki hazırda terrorçu qruplaşmalardan heç biri bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB