Virusdan ölənlərin sayı 75 minə çatır

Virusdan ölənlərin sayı 75 minə çatır

Rusiyada son bir gündə daha 16 474 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 901 204 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 526 nəfər artaraq 74 674-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 365 367 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə