Bu gün Ermənistanda gələcək baş nazir postuna secimlə bağlı yaşananlar, adama “ağıllı olub tək qalmaqdansa, hamı ilə birlikdə dəli olmaq yaxşıdır” aforizmini xatırlaır. Maraqlıdır ki, hazırda ölkədəki əksər erməlilər israrlıdır. Onlar kimin baş nazir olmasından asılı olamayaraq, Paçinyanın getməsini istəyirlər. Onların bir çoxuna görə, kim gəlirsə-gəlsə belə, hər halda, Nikoldan pis olmayacaq. Əslində ermənilər açıq etiraf etməsələr də, Qarabağdan sonra, Ermənistanın dövlət kimi, xəritədən silinməsindən, məhv oub getməsindən qorxurlar. SİA bu qənaətə erməni saytlarını nəzərdən keçirərkən gəlir.
Qeyd edək ki, hazırda Nikol və onun komandasının hakimiyyəti tərk etməsi ilə bağlı ehtimallar başadüşüləndir. Ermənilərə görə, burada sual prinsipcə həll edilmiş kimi görünsə də, amma hələ ki, vaxt hazırkı hakimiyyətin xeyrinə işləyir. Qeyd edək ki, bunu Ermənistandakı son yaşantılar da təsdiq edir, yəni “qırılmayan” hazırkı hakimiyyətin sona qədər müqavimət göstərəcəyi istisna edilmir. Buna görə, bu gün Nikolun yerinə kimin gələcəyi sualı, ehtimal olanan istefadan daha az aktual və mövcud baxımdan vacibdir.
Xatırladaq ki, bir müddət əvvəl müxalifət Vazgen Manukyanın simasında baş nazirliyə vahid namizədin adını açıqladıqda və qəribə də olsa çoxları onu “kamikaze” kimi təqdim etməyə başladı. Manukyan özü də gələcək baş nazirin fəaliyyətini bənzər bir şəkildə təsvir etdi: “bir intiharçı vəzifəsi”. Qeyd edək ki, ermənilərin Manukyana önəm vermələri onun vaxtilə Ermənistanda baş nazir olması və ölkədəki böhran idarəçiliyi təcrübəsinə sahibliyi ilə bağlıdır. Ermənilər Paşinyan və onun komandasının səriştəsizliyi üzündən ölkəni bürüyən kəskin siyasi və milli böhranı Manukyanın aradan qaldıracağına ümidlidirlər. Bəli, hərçənd ki, elə bir əsas olmasa da, onlar ümidlidirlər...
Yeri gəlmişkən, burada adamın “qul çox olan yerdə bəy olmaq istəyənlər”lə bağlı məsəl yada düşür. Belə ki, bu gün Ermənistanda yaranmış vəziyyətdən yararlanmaq istəyən erməni deputat Edmon Marukyan da ümidsiz bir şəkildə hakimiyyətə can atır. Yəni o da Ermənistanda baş nazir olmaq istəyir. Amma, məsələ bundadır ki, Ermənistanda çoxları bu gün Edmondu Paşinyanın gizli müttəfiqi kimi, qəbul edirlər. Məhz bu mənada onun hakimiyyətə gələ bilmək ehtimalı elə də inandırıcı görünmür.
Bu arada siyasi fəaliyyətinin 20 ili ərzində elə də bir fəaliyyəti ilə yadda qalmayan Tiqran Urixanyan da Ermənistanda baş nazir olmaq istəyini bəyan edib. Maraqlıdır ki, həm Marukyan, həm də Urixanyanın siyasi tərcümeyi-halları tamamilə fərqli olsa da, lakin bir cəhətdən bənzəyirlər: hər ikisi siyasi və tarixi mənşəyi olmayan və ümumiyyətlə cırtdan olan partiyaların qurucu və liderləridir.
O da maraqlıdır ki, bir çox ermənilər idarəedicilikdə heç bir təcrübəsi olmayan Marukyan və Urixanyanın yaranmış vəziyyətdə dövlət başçısı postuna olan iddialarını qəbul etsələr də, onların fəlakət vəziyyətində olan bir ölkənin baş naziri olmağa tələsdiklərini bildirirlər.
...Bu gün ermənilər, biruzə verməyə çalışmaq istəməsələr də, çox bədbindirlər. Onlar Nikolun gedişi ilə hər şeyin normallaşacağı və problemlərin öz həllini tapacağına ümid etmək istəyirlər. Bununla belə, cəsarət etməsələr də, Tanrının köməyi ilə birtəhər, elə əvvəlki kimi, Rusiyanın qanadı altında yaşayacaqlarına ümidlidilər. Təbii ki, tarix əvvəl-axır hər şeyi yerinə qoyur...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB