Koronavirusdan ölənlərin sayı 226 mini ötdü

Koronavirusdan ölənlərin sayı 226 mini ötdü

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 56 240 nəfər olub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Pandemiya son 24 saat ərzində 1 240 nəfərin həyatına son qoyub. Bildirilib ki, indiyədək virusa yoluxan 9 286 256 nəfərin 226 383-nün həyatını xilas etmək mümkün olmayıb. Müalicə alan 8 160 929 nəfər isə sağalıb. Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə