Bazarda terror törədən şəxs həbs olundu

Bazarda terror törədən şəxs həbs olundu

Bu ilin yanvar ayında Bağdad bazarında törədilən terror aktının təşkilatçısı məhv edilib. SİA-nın xəbərinə görə, bu barədə özünün tvitter səhifəsində baş nazirin hərbi məsələlər üzrə nümayəndəsi Yəhya Rəsul yazıb.

Onun sözlərinə görə, əməliyyat Bağdadın qərbində yerləşən Əbu-Qreyb rayonunda keçirilib. Nəticədə İraqın cənubundakı silahlıların hərəkətlərinə rəhbərlik edən terrorçu Cabbar Əli Fayyad və iki kamikadzeni partlayış baş verən əraziyə gətirən digər terrorçu məhv edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Bağdad bazarında törədilən terror aktı nəticəsində 32 dinc sakin ölüb, 100 nəfər yaralanıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə