Bayden hansı ölkəyə gedəcəyinə hələ qərar verməyib

Bayden hansı ölkəyə gedəcəyinə hələ qərar verməyib

Ağ Evin sözçüsü Ceyn Psaki kecirdiyi brifinq zamanı prezident Cozef Baydenin ilk olaraq hansı xarici ölkəyə səfər edəcəyini hələ planlaşdırmadığını söyləyib. SİA bu barədə xarici KİV-lərə istinadən bildirir.

Xanım Psaki əvvəlki demokrat prezidentlər kimi, Baydenin də ilk ziyarət edəcəyi ölkənin Kanada olub-olmayacağı sualına münasibət bildirib. Yeni prezidentin ilk telefon danışığının Kanadanın Baş naziri ilə olduğunu xatırladan Psaki bunun iki ölkə arasındakı əlaqələrin əhəmiyyətli təsdiqinə dəlalət etdiyini bildirib.

Xatırladaq ki, Cozef Bayden Amerika Birləşmiş Ştatlarının and içən 46-cı prezidentidir. Onun təyinatı ilə ABŞ-ın vitse-prezidenti olaraq and içən Kamala Harris isə Amerika tarixində bu vəzifəni icra edən ilk qadın kimi tarixə düşə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə