ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında çəkiliş meydançasında partlayış baş verib

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında çəkiliş meydançasında partlayış baş verib

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında (Kaliforniya ştatı) yerləşən çəkiliş meydançasında partlayış baş verib.

SİA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəsatəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, partlayışdan sonra hadisə yerində yanğın başlayıb və qısa zamanda söndürülüb.

Partlayışın səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə