Türkiyə HHQ-nin qırıcıları İraqın şimalındakı PKK mövqelərinə zərbələr endiriblər

Türkiyə HHQ-nin qırıcıları İraqın şimalındakı PKK mövqelərinə zərbələr endiriblər

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələri İraqın şimalında Kandil rayonunda PKK terror təşkilatının mövqelərinə zərbələr endiriblər.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 10 PKK terrorçusu məhv edilib.

Bildirilib ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatının dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə