Sürücü vəsiqəsindən məhrum edildi

Sürücü vəsiqəsindən məhrum edildi

Venesuelada ilk dəfə olaraq sürücü sürücülük vəsiqəsindən məhrum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu, Venesuela tarixində qeydə alınan ilk vəsiqədən məhrumetmə halıdır.

Belə ki, bir il müddətinə vəsiqəsindən məhrum edilən 41 yaşlı sürücünün avtomobilində 6 əvəzinə 5 təkər olub.

Qeyd edək ki, sürücülük vəsiqəsindən məhrumetmə cəzası Venesuela qanunvericiliyinə 2008-ci ildə daxil edilib. Maksimum vəsiqədən məhrumetmə müddəti insan ölümü ilə nəticələnən zaman verilir ki, bu da 5 ildir.


Bütün xəbərlər Facebook səhifəmizdə