BVF-in keçmiş rəhbəri azadlığa buraxılıb

BVF-in keçmiş rəhbəri azadlığa buraxılıb

ABŞ-ın Manhetten məhkəməsi Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kanın azadlığa buraxılması barədə qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dominik Stross-Kan 1 milyon dollarlıq girov müqabilində həbsdən azad edilib.

Maliyyəçi və siyasətçi olan Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkda həbs edilib. O, "Sofitel" otelinin qulluqçusuna qarşı seksual hərəkətlərdə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə