Rusiyalı müxalif bloqqer Aleksey Navalnı şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsi ilə əlaqədar Simonovskiy Rayon Məhkəməsinin iclasının keçiriləcəyi Moskva Şəhər Məhkəməsinə gətirilib. SİA "TASS” agentliyinə istinadən xəbər verir ki, məhkəmə iclası Moskva vaxtı ilə saat 11:00-da başlayıb.
Navalnının həyat yoldaşı Yuliya və vəkili Olga Mixaylova Moskva Şəhər Məhkəməsi qarşısında onu dəstəkləməyə gəlib. Məhkəməyə İsveçrə, Avstriya və Bolqarıstan da daxil olmaqla xarici diplomatik şöbələrin nümayəndələri də gəliblər. Məhkəmənin ətrafında və ona bitişik küçələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Gücləndirilmiş polis və Milli Qvardiya dəstələri məhkəmə binasında növbətçi vəziyyətindədir. Məhkəmə binasına yaxınlaşmaq demək olar ki, mümkün deyil - yalnız akkreditə olunmuş jurnalistlərə, məhkəmə prosesinin iştirakçılarına və səfirlik maşınlarına giriş icazəsi verilir. Məhkəmə binasına ən yaxın olan həyətlərə girişlər də bağlanıb, polis yalnız bina sakinlərini içəri buraxır.
Qeyd edək ki, rus müxalif bloqqer Aleksey Navalnı bu gün şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsi ilə əlaqədar Simonovskiy Rayon Məhkəməsinin iclasının keçiriləcəyi Moskva Şəhər Məhkəməsinə gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB