Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətində rəsmi görüşmələr üçün dünən bu ölkəyə səfər edib.
SİA xəbər verir ki, Çavuşoğlu ilk görüşünü Məclis sədri Önder Sennaroğlu ilə gerçəkləşdirib.
Çavuşoğlu Baş nazir Ersan Saner və Xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə də görüşüb. Türkiyənin Xarici işlər naziri bu gün yerli vaxtla saat 13.30-da Prezident Ersin Tatar tərəfindən qəbul ediləcək və heyətlərarası işgüzar görüş keçiriləcək.
İclasdan sonra Çavuşoğlu Türkiyəyə qayıdacaq.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB