Kiprdəki qardaşlarımızın hüquq və mənafelərini qorumağa davam edəcəyik - Hulusi Akar

Kiprdəki qardaşlarımızın hüquq və mənafelərini qorumağa davam edəcəyik - Hulusi Akar

Türkiyənin Müdafiə naziri Hulusi Akar çıxışında Şərqi Aralıq dənizində baş verən məsələlərdən danışarkən İstanbulda Yunanıstan ilə Türkiyə arasında aparılan danışıqları xatırladıb.

SİA-nın məlumatına görə, nazir Akar bildirib ki, "Həm Egeydə, həm Aralıq dənizində, həm də Kiprdə qardaşlarımızın hüquq və mənafelərini həmişə olduğu kimi, eyni ciddilik və səmimiyyətlə, eyni qayğı və həssaslıqla müşahidə etməyə və izləməyə davam edirik. Burada heç bir siyasi dəyişikliyimiz yoxdur. Digər tərəfdən, bu hadisələrin siyasi yolla həll olunacağına inanırıq və həll edək deyirik. Həmçinin, bunun üçün də çalışırıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə