Daha 539 nəfər koronavirusun qurbanı oldu

Daha 539 nəfər koronavirusun qurbanı oldu

Rusiyada son bir gündə daha 16 643 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 884 730 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 539 nəfər artaraq 74 158-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 340 545 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə