Türkiyənin hərbi gəmisi Misurat şəhərindən 250 yaralını Benqaziyə gətirib
Türkiyəyə məxsus hərbi gəmi isə Misurat şəhərindən 250 yaralını Benqaziyə gətirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Benqazidə "Ankara" bərəsi böyük coşğu ilə qarşılanıb. Gəmi Benqazidən yaralıları Türkiyəyə aparacaq. Gəmidəki yaralılar arasında təkcə üsyançılar deyil, hətta Qəddafi qoşunlarının yaralı əsgərləri də var. Gəmini Türkiyə Silahlı Qüvvələrinə məxsus 3 təyyarə, 10 ədəd F-16 tipli qırıcı təyyarə və bir freqat mühafizə edir. Bu arada Amerika Birləşmiş Ştatları Liviyadakı əməliyyatlarda iştirakının miqyasını azaldacaq.
Rəsmi Vaşinqton koalisiya qüvvələrinin tərkibindən bir gün sonra çıxmaq fikrindədir. Liviya hökumətinin təmsilçiləri isə böhranı sülh yolu ilə həll etməyin vacibliyini bildiriblər. Bununla əlaqədar Qəddafinin emissarı Abdelati əl-Obeydi Yunanıstana gəlib. Obeydi Yunanıstanın baş naziri Georgios Papandreuyla görüşüb. Görüşdən sonra Yunanıstanın xarici işlər naziri Dimitris Drutsas bəyanatla çıxış edib. Abdelati əl-Obeydinin Yunanıstandan sonra Türkiyə və Maltaya gedəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB