Əfqanıstanın paytaxtı Kabildə partlayışlar törədilib. Bu barədə SİA “Anadolu” agentliyinə istinadən xəbər verir. Məlumata görə, hadisələr zamanı 1 nəfər həlak olub. Yerli polisin nümayəndəsi Ferdevs Faramarz bildirib ki, partlayıcı qurğu hərbi avtomobildə yerləşdirilib. Partlayış nəticəsində daha 1 hərbi qulluqçu yaralanıb.
Qeyd edilir ki, Kabilin digər ərazisində Sülh Nazirliyinin nümayəndəsi Xoşnud Nəbizadənin avtomobili də partladılıb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb. Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. Qeyd edək ki, son günlər Əfqanıstanda terror aktlarının sayı artıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB