Rusiyada ikisi uşaq olmaqla bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb

Rusiyada ikisi uşaq olmaqla bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb

Rusiyanın Stavropol dairəsində ikisi uşaq olmaqla bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə bölgə prokurorluğu məlumat verib.

Hadisə Jeleznovodskda qeydə alınıb. Uşaqlardan biri 2009-cu il təvəllüdlü oğlan, digəri isə 2014-cü il təvəllüdlü qızdır.

Rusiya İstintaq Komissiyasının bölgə üzrə şöbəsində Federasiya Cinayət Məcəlləsinin 109-cu maddəsi ("Səhlənkarlıqla ölümə səbəb olmaq") ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə