Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 124 nəfər dünyasını dəyişib
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 124 nəfər dünyasını dəyişib.
SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26117 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7719 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 485 182 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8016 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 370 431 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB