Yerji Buzek: \"Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçulardan biri ola bilər\"

Yerji Buzek: \"Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçulardan biri ola bilər\"

Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçulardan biri ola bilər. SİA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin prezidenti Yerji Buzek Gürcüstanda keçirdiyi mətbuat konfransında deyib: "Gürcüstanın münaqişə tərəfləri ilə gözəl münasibətləri mövcuddur. Rəsmi Tiflis Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçulardan biri ola bilər".

Regionda mövcud olan "dondurulmuş münaqişələr"in həllində real addımlar atmağın tam vaxtının yetişdiyini bildirən AP-nin prezidenti deyib ki, təmsil etdiyi qurum bu istiqamətdə bütün yardımları etməyə hazırdır.

Qeyd edək ki, Avropa Parlamentinin prezidenti Yerji Buzekin Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Yerji Buzek Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə