NATO hərbi aviasiyası Liviya ərazisinə yenidən aviazərbələr endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hədəf Qəddafiyə məxsus olan 8 hərbi gəmi olub. Aviazərbələr nəticəsində dörd hərbi gəmi ciddi xəsarət alıb biri isə yanıb. Eyni zamanda koalisiya qüvvələrinin hərbi təyyarələri Müəmmər Qəddafi qoşunlarına aviazərbələr endirməkdə davam edir. NATO komandanlığından verilən məlumata görə, əməliyyatlar başlayandan birləşmiş qüvvələrin təyyarələri Liviyada 547 döyüş uçuşu həyata keçirib və 218 hava zərbəsi endirib.
Ümumilikdə, koalisiya qüvvələrinin tərkibinə 14 ölkədən 205 təyyarə daxildir. Alyansın əməliyyatları çərçivəsində Liviyaya silah keçirilməsinin qarşısını almaq üçün 21 hərbi gəminin cəlb olunacağı da bildirilir. Artıq NATO qüvvələri Liviya sahillərində 34 yük gəmisi yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB