Amerika erməniləri Annanı axtarır

Amerika erməniləri Annanı axtarır

Amerikada ermənilərin çoxluq təşkil etdiyi Qlendeyle şəhərində bir qrup erməni Ermənistan konsulluğu qarşısında etiraz aksiyası keçirib. SİA bu barədə erməni mətbuatına istinad edərək bildirir.

Etirazşılar Ermənistanda son günlər həbs edilən bir qrup şəxsin, o cümlədən, “Birləşmiş Ermənistan” partiyasının lideri Vahan Badasyanın sərbəst buraxılmasını tələb ediblər.

Müharibədəki məğlubiyyətin əsas günahkarı kimi gördükləri Paşinyanın arvadının doğum gününü Amerikada keçirmək üçün Los- Ancelesə gəldiyini bildirən aksiya iştirakçıları, yaxın vaxtlarda bu məsələ ilə məşğul olacaqlarını da bildiriblər. Anna Akopyanın yerinin müəyyənləşdirməyə çağıran etirazçılardan biri, “yalnız bundan sonra əlavə tədbirlər görəcəyik”-deyə bildirib.

Bildirək ki, etirazçılar konsulluğun qapılarına “Yaşasın ölən Nikol”, “Nikol, get!”, “Hərbi əsirlərə azadlıq, vətən xainləri!” sözləri yazılmış plakatlar yerləşdiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə