Koronavirus can almaqda davam edir

Rusiyada son bir gündə daha 17 648 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 868 087 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 437 nəfər artaraq 72 619-a yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 318 173 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə