ABŞ Əfqanıstandan çıxır

Amerika Birləşmiş Ştatları iki ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmağa başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama Vaşinqtonda \"Yaxın Şərq və Şimali Afrikada siyasi dəyişikliklər\" barədə çıxışında deyib. O bildirib ki, uzun illərlə aparılan müharibə nəticəsində Amerika \"Əl-Qaidə\"yə sarsıdıcı zərbə vurub. Obama Usama bin Ladenin zərərləşdirilməsini nəzərdə tutub.

Eyni zamanda Böyük Britaniya qoşunları da İraqı tərk edir. Artıq gələn ayın ilk günlərindən İngiltərənin quru qoşunlarının ilk bölmələri İraqdan çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə