Dünya dollardan imtina edə bilər..?

Dünya dollardan imtina edə bilər..?

Amerika Konqresinin Tədqiqat Xidməti ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrin dollardan asılılığı azaltmağa çalışdıqlarını və bunun da valyuta üçün mənfi nəticələrə gətirib çıxara biləcəyini istisna etməyiblər. Onların iddiasına görə, şübhəsiz ki, bu qlobal iqtisadiyyatda dolların roluna, təbii ki, mənfi təsir göstərəcək.

SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Amerikalı mütəxəssislər, bir çox ölkələrin dollardan imtina edib, alternativ valyutalara keçəcəyi təqdirdə, Amerikanın bir sıra mənfi iqtisadi nəticələrlə, xüsusən borc xərclərinin artması ilə qarşılaşa biləcəyini də gizlətməyiblər.

Ehtimal olunur ki, Vaşinqtonun İran, Rusiya, Venesuela və digər ölkələrə qarşı dollarla təzyiq göstərmək cəhdi, qarşı tərəflərin ABŞ-dan qisas alınmasına səbəb ola bilər.

Qeyd edək ki, amerikalıların etirafına görə, ABŞ-ın Rusiyanın kənd təsərrüfatı idxalına qadağa qoyması, Alyaskada dəniz məhsulları sənayesi ilə yanaşı, Vaşinqton əyalətindəki alma və armud istehsalçılarına da mənfi təsir göstərib.

Yeri gəlmişkən bildirək ki, amerikalı mütəxəssislərin təlaşlanması əsassız deyil. Məsələ bundadır ki, bir müddət bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov öz ölkəsi də daxil olmaqla, Avropanın dollar asılılığından çıxmaq üçün yollar axtarıldığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə