Liviyanın neft limanları \"qara siyahı\"ya salına bilər

Liviyanın neft limanları \"qara siyahı\"ya salına bilər

Avropa Birliyi (AB) Liviya hakimiyyətinə qarşı sanksiyalar tətbiq edə bilər. SİA-nın xəbərinə görə, sanksiyaları sərtləşdirmək niyyətində olan AB Qəddafinin nəzarəti altında olan Liviyanın neft limanlarını \"qara siyahı\"ya sala bilər.

AB ekspertləri də yeni sanksiyaların tətbiq olunmasına dair razılığa gəliblər. Bu məsələyə AB-nin Sanksiyalar üzrə Komitəsində müzakirə olunacaq və yekun qərar qəbul olunsa qaydalar iyun ayından qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə