Gürcüstanlı ermənilər sərhədlərin açılmasını tələb edirlər

Gürcüstanlı ermənilər sərhədlərin açılmasını tələb edirlər

Gürcüstanın ermənilərin yığcam yaşadığı Samtsxe-Cavaxeti bölgənisin bir neçə sakini etiraz aksiyası keçirərək hakimiyyətdən Ermənistan və Rusiya ilə sərhədlərini açmasını tələb etdib. SİA bu barədə məlumatı erməni saytlarına istinadən bildirir.

Gürcülərin “Pirveli arxi” (“Birinci kanal”) telekanalının verdiyi məlumata görə, etirazçı ermənilər Gürcüstanın baş naziri Georgi Qaxariaya məktub da ünvanlayıblar. Onlar məktubda yolların bağlı oldması səbəbindən Rusiyada işləmək fürsətini itirdiklərini bildiriblər.

Qeyd edək ki, Gürcüstanın doqquz bölgəsindən biri olan Samtsxe-Cavaxeti bölgəsi daha cox, kənd təsərrüfatı bölgəsi kimi tanınır. Gürcüstan ərazisində lövbər salıb tez-tez bu torpaqların “əzəli erməni torpaqları” olduğunu iddia edən ermənilər çox vaxt gürcü rəhbərliyi ilə hökm dilində danışmagı da özlərinin “ali vəzifəsi” hesab edirlər. Məsələn, bölgənin mərkəzi olan Axalkalakinin erməni sakini hökmlə Gürcüstan rəhbərliyindən koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin qaldırılması və tezliklə sərhədlərin açılmasını tələb edir.

Xatırladaq ki, Gürcüstan hökuməti COVİD-19 pandemiyası səbəbindən 2020-ci il mart ayının ortalarından etibarən Rusiya və Ermənistanla sərhədləri bağlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə