Kolumbiyada iki qayığın qəzaya uğraması nəticəsində ən azı 12 nəfər ölüb
Kolumbiyanın qərbində iki qayığın qəzaya uğraması nəticəsində ən azı 12 nəfər ölüb.
SİA-nın məlumatına görə, bu barədə "El Tiempo" qəzeti bildirib.
Məlumata əsasən, hadisə Tumako bələdiyyəsi yaxınlığında baş verib.
Həlak olanlardan 7-si azyaşlıdır. Daha 30 sərnişin isə xilas edilib. Xilasedicilərin verdiyi məlumata görə, təxminən 30 nəfərin itkin düşmə ehtimalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB