Somalinin paytaxtında güclü partlayış baş verib

Somalinin paytaxtında güclü partlayış baş verib

Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, partlayış şəhərin cənub hissəsində yerləşən “Afrik Hotel” mehmanxanasının yaxınlığında olub. Partlayış nəticəsində mehmanxananın binasına ciddi ziyan dəyib.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə