Sel və daşqın Türkiyənin Hatay bölgəsində böyük problemlər yaradıb
Əlverişsiz hava şəraiti Anadolu coğrafiyasında böyük problemlər yaratmaqdadır. Türkiyənin bir tərəfində qarlı şaxtalı həyat, digər yerlərində isə yağış və leysanlı günlər yaşanır.
SİA xəbər verir ki, Hatay şəhərinin Antakya rayonu da sel sularına təslim olub. Güclü külək evlərin çardağını atıb. Rayonun Kuzeytəpə məhəlləsində yolları sel basması səbəbindən çox sayda avtomobil, o cümlədən şəhərdaxili avtobuslar su altında qalıb. Güclü daşqın sütunların altını yuyaraq bir körpünü sıradan çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB