“AstraZeneca” şirkətinin peyvəndi 18-55 yaş aralığındakı şəxslərə tətbiq ediləcək İtaliyada

“AstraZeneca” şirkətinin peyvəndi 18-55 yaş aralığındakı şəxslərə tətbiq ediləcək İtaliyada
Avropa Dərman Agentliyinin tövsiyəsi və Avropa Komissiyasının icazəsindən sonra "AstraZeneca" şirkətinin koronavirus əleyhinə peyvəndinin Avropa ölkələrində tətbiqi üçün "yaşıl işıq" yanıb. SİA xəbər verir ki, İtaliya Farmakologiya Agentliyi (AİFA) "AstraZeneca" şirkətinin peyvəndinin 18-55 yaş aralığında olan şəxslər üçün tətbiqinə rəsmi icazə verib. Dövlət qurumundan verilən açıqlamada 55 yaşdan yuxarı və risk qrupuna daxil olan şəxslərə mRNA texnologiyasına əsaslanan peyvəndlərin ("BioNTech" və ya "Moderna") vurulması tövsiyə olunub. Buna səbəb kimi isə yaşlı insanlarda kliniki testlərdə bu peyvənd maddəsinin yaratdığı reaksiyanın qənaətbəxş olmaması göstərilib.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə