Paşinyanın arvadı Moskvadan sonra ABŞ-a getdi

Paşinyanın arvadı Moskvadan sonra ABŞ-a getdi
Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bu gecə ABŞ-a gedib. SİA-nın verdiyi xəbərə görə, bu barədə erməni mediası məlumat yayıb. Onun gecə 03 radələrində İrəvan-Doha-Los-Anceles reysi ilə uçduğu bildirilib. Qeyd edək ki, bir müddət öncə A.Akopyanın ailə üzvləri ilə Moskvaya getdiyi, Rusiya vətəndaşlığı və burada mülk almaq üçün çalışdığı bildirilmiş, bahalı restoranlarda ziyafətləri tirajlanmışdı.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə