Son sutkada 18 mindən çox yoluxma qeydə alınıb Rusiyada

Son sutkada 18 mindən çox yoluxma qeydə alınıb Rusiyada
Rusiyada son bir gündə daha 18 359 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 850 439 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 485 nəfər artaraq 73 182-yə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 300 004 nəfər sağalıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə