Koronavirusa yoluxanların sayı 167 mini ötdü Ermənistanda

Koronavirusa yoluxanların sayı 167 mini ötdü Ermənistanda
Ermənistanda son sutkada 125 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 026-yə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 3 080-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 769-a yüksəlib. İndiyədək 157 519 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 5 658 aktiv koronavirus xəstəsi var.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə