Gürcüstana bu tarixdə ilk peyvəndlər gətiriləcək

Gürcüstana bu tarixdə ilk peyvəndlər gətiriləcək
Fevralın 1-də Gürcüstana Amerikanın "Pfizer" şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə nazirinin müavini Tamara Qabunia açıqlama verib. Nazir müavininin sözlərinə görə, artıq fevralın ortasında ölkəyə "Pfizer" vaksininin birinci partiyası, 29.250 doza gətirilmiş olacaq. O bildirib ki, gətirilən ilk doza səhiyyə sferasının işçiləri üçün nəzərdə tutulub. Tamar Qabunia əlavə edib ki, Gürcüstan "Pfizer"dən başqa, Britaniyanın "AstraZeneca" şirkəti tərəfindən istehsal edilən vaksini də əldə etmək niyyətindədir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə