Koronavirusa yoluxanların sayı 500 mindən çox artıb DÜNYADA

Koronavirusa yoluxanların sayı 500 mindən çox artıb DÜNYADA
Son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxanların sayı 500 mindən çox artıb. SİA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub. Məlumata əsasən, ötən sutka ərzində 500 985 nəfər koronavirusa yoluxub, 13 915 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 101 561 219, ölənlərin sayı isə 2 196 944 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə