Koronavirusa yoluxanların sayı 26 milyonu keçib ABŞ-da

Koronavirusa yoluxanların sayı 26 milyonu keçib ABŞ-da
ABŞ-da koronavirus infeksiyasına yoluxanların sayı 26 milyonu keçib. SİA xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Universitetdən bildirilib ki, ölkədə virusa yoluxma hallarının ümumi sayı 26 012 880 nəfərə çatıb. ABŞ-da indiyədək 438 239 nəfər pandemiyanın qurbanı olub. Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə