Amerikanın Federal Təhqiqat Bürosu ABŞ Konqresinə basqın edərkən Nümayəndələr Palatasının sədri Nensi Pelosini vurmaqla hədələyən qadını həbs edib.
SİA bu xəbərlə bağlı "The Washington Post" nəşrinə istinad edir.
Xəbərdə deyilir ki, Amerika Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ-ın Pensilvaniya ştatından olan iki qadını həbs ediblər. Həbs edilən qadınlardan biri Konqresin sədri Nensi Pelosini vurmaq niyyətində olduğunu "etiraf edib".
Maraqlıdır ki, uşaqlarına göndərdiyi videoda qadın: "Kapitoliyə keçdik... İçəriyə girdik, üzərimizə düşəni etdik... Nensini başından vurmaq üçün axtarırdıq, amma tapa bilmədik" –deyə bildirib.
Xatırladaq ki, hazırda ABŞ Federal Təhqiqat Bürosu Trampın tərəfdarları tərəfindən Kapitoliyə basqınla bağlı istintaq çərçivəsində 160 iş açıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB