Ukrayna polisləri adam soyurmuş...

Ukrayna polisləri adam soyurmuş...

Ukraynanın Kiyev bölgəsində hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar bir dəstə üzvlərini həbs ediblər. Maraqlı burasıdır ki, ələ keçirilən dəstə üzvləri ölkənin Təhlükəsizlik xidmətinin polkovnik-leytenantının rəhbərlik polis əməkdaşlarıdır.

Ukrayna saytlarına istinad edən SİA yeddi nəfərlik banda üzvlərinin adamqaçırma, zorakılıq yolu ilə soyğunçuluq və digər cinayətlərlə məşğul olduqlarını bildirir.

Hər birinin konkret iş sxeminə, funksiyalara sahib olduqları bildirilən dəstə üzvlərini artıq həbs ediliblər. Araşdırma zamanı dəstə üzvlərinin hələ ki, 11 cinayəti sənədləşdirilib. Dəstə üzvlərindən vətəndaşlara dəyən zərər isə təqribən 5 milyon qrivnadan çox olduğu təxmin edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə