ABŞ-da 8 yaşlı qızın üzünə botoks vurulub. SİA-nın məlumatına görə, azyaşlılar arasında gözəllik müsabiqəsində iştirak edəcək 8 yaşlı Britninin üzünə botoksu öz anası vurub. Uşaqlar üçün kifayət qədər zərərli bilinən botoksu övladının üzündə tətbiq edən ana isə bunu normal hal kimi qarşılayıb və heç bir peşmanlıq duymadığını da vurğulayıb: "Qızım gülən zaman üzündə qırışlar yaranırdı. Bu da onu ciddi narahat edirdi. Gözəllik müsabiqəsində birincilik əldə etməsinə inam yaratmaq üçün qızımın üzünə botoks vurdum. Nəticədə bütün qırışlar və gülən zamanı yaranan qırışlı mimikaları dolduruldu. Qızım da bu halından razıdır".
ABŞ-ın qanunlarına nəzər yetirsək görərik ki, nevroloji xəstəliklərin müalicəsi zamanı uşaqlara botoks vurulması qadağan edilmir. Lakin Britnidə buna ehtiyac yaradan hər hansı bir xəstəlik aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB