Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları “Mediazona”nın baş redaktoru Sergey Smirnovu şəhərdə uşaqla gəzərkən həbs ediblər. SİA Rusiya mediasına istinadən xəbər verir ki, baş redaktor müxalifət lideri Aleksey Navalnının azad edilməsi ilə bağlı Moskvada keçirilən aksiyada iştirak etməkdə günahlandırılır.
Qeyd edək ki, əsası 2014-cü ilin sentyabrında qoyulan “Mediazona” onlayn mediası Rusiyadakı məhkəmə, hüquq-mühafizə və penitensiar sistem haqqında xəbərlər yaymaqla yanaşı, ölkə vətəndaşlarının təqib təzahürlərinə
də öz səhifələrində diqqət ayırırdı. Təsadüfi deyil ki, coxları baş redaktorun həbsinin siyasi sifariş olduğunu bildirirlər.
Hazırda Smirnov “Tverskoye” polis bölməsindəki birnəfərlik kamerada saxlanılır. Bu barədə isə "Аpоloqiya protesta” saytı məlumat yayıb.
Qeyd edək ki, keçən həftə Rusiyada keçirilən aksiyalar zamanı 4 mindən çox adam saxlanılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB