“İsrail-Fələstin münasibətləri bölgədəki siyasi sabitliyin tək açarıdır”

“İsrail-Fələstin münasibətləri bölgədəki siyasi sabitliyin tək açarıdır”

İsrailin sülhə təşəbbüs göstərən üzvlərindən ibarət nümayəndə heyəti Misirdə səfərdədir. SİA-nın məlumatına görə, heyət səfər çərçivəsində Misirin xarici işlər naziri və Ərəb Birliyinin yeni Ümumi Sekretarı Nəbil Əl Ərəbi ilə görüşüblər.

Səudiyyə sülh planına bənzəyən təşəbbüsdə fələstinlilərlə razılığa gəlmık təklif edilib. Heyətin rəhbəri İsrailin Daxili Təhlükəsizlik Təşkilatının köhnə başçısı Yaakov Peri bildirib ki, Qahirədə keçirilən görüş zamanı sülh haqqında danışılanlar İsrail hakimiyyətini də diplomatik təşəbbüs üçün cəsarətləndirə bilər.

Nəbil Əl Ərəbi İsraillə sülh münasibətlərinin verəcəyi tövhələri diqqətə çatdırıb: \"Sülhdən başqa bir seçim yoxdur. Misir İsrail ilə sülh münasibətlərini qəbul etməlidir. Ümumiyyətlə, İsrail-Fələstin böhranının həlli, bölgədə siyasi sabitliyə və sülhə nail olmağın tək açarıdır\".

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində İsrail Daxili Təhlükəsizlik Təşkilatının köhnə rəhbərlərindən Yaakov Peri, İsrailin köhnə ABŞ səfiri Danni Gilerman, casusluq təşkilatı \"Mossad\"-ın köhnə rəhbərlərindən Danni Yatom iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə