Dominique Strauss-Kahna ev həbsi!

Dominique Strauss-Kahna ev həbsi!

Beynəlxalq Pul Fondunun (İMF) köhnə rəhbərinə ev həbsi cəzası verildi. SİA-nın məlumatına görə, Dominique Strauss-Kahnın vəkilləri zamin duraraq məhkəmədən onun sərbəst buraxılmasını tələb etmişdilər. Məhkəmə tələbi qəbul edib, Kahna ev həbsi cəzası verib.

1 milyon dollar zaloqla ev həbsinə göndərilən Kahn Manhattanda bir mənzildə həyatına davam edəcək. 62 yaşlı köhnə rəhbər, 24 saat həbs şəraitində yaşıyacaq. Elektronik qandalla evin içərisindəki bütün hərəkətləri izlənəcək olan Kahna nəzarət etmək üçün silahlı bir təhlükəsizlik məmuru da təyin edilib. Bunlarla yanaşı, yaşlı rəhbər 5 milyon dollar dəyərində sığorta etdirəcək.

Xatırladaq ki, Dominique Strauss-Kahn Nyu-Yorkda qaldığı oteldə çalışan bir qadına cinsi zorakılıq etməklə günahlandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə