“Ermənistan dövlətçiliyini itirmək ərəfəsindədir. Məhz bu mənada Rusiya ilə birliyin qurulmasını biz özümüzün varlıq mənası ilə şərtləndiririk”.
SİA erməni mediasına istinad edərək bu fikirlərin Ermənistandakı “İttifaq” (Альянс) mərkəzçi partiya lideri Tiqran Urixanyan tərəfindən səsləndirildiyini bildirir.
Ermənistanla Rusiya arasında birlik qurarkən vahid sərhəd qoşunlarının, yeni hərbi bazanın yaradılmasının vacibliyini bildirən partiya lideri, rus hərbçiləri üçün Gorusda hərbi baza yaradılmasının vacibliyini bildirib.
Maraqlıdır ki, Urixanyan Ermənistanın atacağı bu addımın onun ölkəsinin müstəqillik və suverenliyini itirmək təhdidi olmayacağını bildirib. Erməni siyasətçiyə görə, dünyada belə nümunələr çoxdur. İlk əvvəl bunun bariz nümunəsi kimi, Rusiya-Belarus ittifaqını göstərən partiya lideri Avropa Birliyində də belə ittifaq birləşmələrinin mövcud olduğunu deyib.
Bu gün Ermənistanın Rusiyadan başqa heç bir ortağının olmadığını bildirən Urixanyan, gələcəkdə Kremlin iştirakı ilə Avrasiya İqtisadi Birliyi və ya KTMT ölkələrinin də bu birliyə qoşulmaq istəyəcəyini istisna etməyib(?).
Gərək ki, türk əsilli rus yazıçısı Fyodor Dostoyevskinin fikirləridir. Deyir ki, səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz. Yaddaş üçün xatırladım ki, bir müddət bundan əvvəl Ermənistanda yenidən baş nazir olmaq istəyən Vazgen Manukyan hakimiyyətə gələcəyi təqdirdə, Türkiyə ilə diplomatik əlaqələr quracağını bildirmişdi. Əslində, ermənilər üçün bütün bunların elə də bir önəmi yoxdur. Çünki onlar həmişə sığınmağa isti qanad altı axtarıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB