Macarıstan, Bolqarıstan və Rumıniya üçün çalışır

Macarıstan, Bolqarıstan və Rumıniya üçün çalışır

Macarıstan Bolqarıstan və Rumınıya üçün əlindən gələni edir. SİA-nın məlumatına görə, Avropa İttifaqının rəhbəri Macarıstanın bu ölkələrin Schengen bölgəsinə daxil olması üçün cəhd göstərdiyini bildirib.

Macarıstanın xarici işlər naziri Canos Martoni, bu gün paytaxt Budapeştdə romalı həmkarı Teodor Bakonçi ilə reallaşdırdığı görüşdən sonra verdiyi açıqlamada xəbərləri təstiqləyib: \"Avropa İtifaqı gələn ay Bolqarıstan və Rumıniyanın Schengen bölgəsinə daxil ola bilmələri üçün lazımi texniki infrastruktura sahib olub-olmadıqlarını araşdıracaq. Bundan sonra isə məsələ ilə bağlı qərar veriləcək. Lakin, Macarıstan bu ölkələrin Schengen bölgəsinə daxil olmaları üçün hər iki ölkə səlahiyyətlilərinə əlindən gələn köməyi göstərir\".

Bütün xəbərlər Facebook səhifəmizdə