“ABŞ və müttəfiqləri Ukrayna və Krım ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaları zəiflətmək niyyətində deyil”.
SİA xəbər verir ki, bu fikirləri ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan “Dojd” telekanalına verdiyi açıqlamasında bildirib: “Sanksiyaları yüngülləşdirmək niyyətində deyilik, hər halda nə ABŞ, nə də onun müttəfiq və ortaqları Ukrayna ilə bağlı həyata keçirilən hadisələr nəticəsində tətbiq olunan sanksiyaları zəiflətmək fikrində deyil”.
Maraqlıdır ki, Sallivan Ukrayna ilə bağlı mövzunun Amerika rəhbərliyi üçün prioritet olaraq qaldığını da əlavə edib. Onun sözlərinə görə, hazırda həm icra hakimiyyəti, həm də Konqres, ardıcıl olaraq, qanuna hörmət etmədən sərhədlərin dəyişdirilməsini yolverilməz sayır.
Xatırladaq ki, Rusiya Krımı ilhaq etdikdən sonra -2014-cü ilin martında Vaşinqton Moskvaya qarşı sanksiya tətbiq etməyə başlayıb. Sonralar isə bu sanksiyalar Donbassdakı hadisələrlə əlaqədar genişləndirilərək, Rusiya iqtisadiyyatının bank və sənaye sahələrinə tətbiq edildi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB