Jirinovski qanunsuz hərəkətlər üçün vasitə tapıb

Gənclər üçün fahişəxanlar açmaq
Jirinovski qanunsuz hərəkətlər üçün vasitə tapıb

Həmişə “orjinal təklif”ləri ilə tanınan Rusiya LDPR partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski bu dəfə də ənənəsinə sadiqdir. Belə ki, o, son zamanlar ölkəsindəki gənclər arasında baş alıb gedən təcavüzkarlığı azaltmağın yolunu göstərib: gənclər üçün fahişəxana açmaq! SİA bu məlumatı “RİA Novosti”-yə istinadən verir.

Son zamanlar ölkədəki qeyri-qanuni aksiyalara qoşulanların əksəriyyətinin enerjisini qoymaq üçün yeri olmayan subay gənclər oduğunu bildirən Jirinovskiyə görə, bunun qarşısını almağın ən optimal yolu onların faşihəxanalara yönəldilməsidir.

Maraqlıdır ki, liberal lider ölkədə bu məsələ ilə bağlı rəy sorğusu keçiriləcəyi təqdirdə hər 100 nəfərdən azı 30-nun ona dəstək verəcəyinə də əminlik bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə