Rus “Pantsir-C1” qurgusu ABŞ-a aparılıb

Rus “Pantsir-C1” qurgusu ABŞ-a aparılıb

Liviyada oğurlanan və gizli şəkildə Almaniyaya daşınan Rusiya istehsalı olan “Pantsir-C1” zenit-raket sisteminin, böyük ehtimalla ABŞ-ın Oqayo ştatındakı “Wright-Patterson” bazasına daşındığı ehtimal olunur.

SİA bu xəbəri Amerikada ingilis dilində nəşr olunan populyar “Popular Mechanics” elmi nəşrinə istinadən bildirir.

Amerika jurnalı ABŞ Milli Aerokosmik Kəşfiyyat Mərkəzində xarici hərbi texnika nümunələrinin öyrənilməsi üzrə ixtisaslaşmış bir xidmətin olduğunu da xatırladıb. Jurnal zenit-raket sisteminin sökülərək yenidən qurulacağını etiraf edib: “Bu da gələcəkdə təkcə ABŞ Hava Qüvvələrinə məxsus təyyarələrin deyil, həm də onun müttəfiqlərinin Rusiya silahlarından qorunması işini araşdırmağa imkan verəcək”.

Xatırladaq ki, SİA bir müddət əvvəl bundan ABŞ-ın Liviyaya məxsus Rusiya istehsalı olan “Pantsir-C1” zenit-raket sisteminin qaçırıldığı barədə xəbər vermişdi. Sonradan zenit-raket sisteminin döyüş meydanından çıxarılıb aparıldığı öz təsdiqini tapdı.

Qeyd edək ki, baş verənləri şərh edən Rusiya Hərbi Elmlər Akademiyasının vitse-prezidenti Sergey Modestov bütün bu olanları ölkəsi üçün mənfi hal kimi dəyərləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə