Vahan dünən dediklərini bu gün danır

Vahan dünən dediklərini bu gün danır

Əvvəla hər bir xаlqdа sаdədillik və hiyləgərliyin mövcud olduğu ilə bağlı mübahisə etməyə dəyməz. Amma ermənilərdə bu xüsusiyyətlər digər xаlqlаrdаkındаn kökündən fərqlənir. Hər şеydən əvvəl оnа görə ki, bu, еrmənilərdə əsаs xüsusiyyətlərdən biridir. Onlar yaranmış vəziyyətlə bağlı Vahan Badasyan kimi hər cür şəklə düşməyi bacarırlar. Hətta bu sahədə, deyərdim ki, onlarla rəqabət belə aparmağa dəyməz.

Beləliklə, bildirək ki, ötən gün İrəvan məhkəməsi "erməni qəhrəmanı", sabiq deputat Vahan Badasyanı damlayıb. Səbəb isə bir

müddət bundan əvvəl onun Nikol Paşinyanla bağlı səsləndirdiyi fikirlərdir. SİA bu fikirləri erməni mətbuatına istinadən bildirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl İrəvandakı etirazçılar qarşısında çıxış edən Vahan Badasyan Nikolun könüllü olaraq hakimiyyətdən getməyəcəyi təqdirdə onu silah gücünə taxtdan salacağını bildirmişdi. O, hətta qürrələnərək bu prossesin şəxsən özü tərəfindən həyata keçirəcəyini bəyan etmişdi.

Maraqlıdır ki. indi barmaqlıqlar arasına salınan "erməni qəhrəman" artıq dediklərini danmağa başlayıb. Belə ki, quyruğu qapı arasında qalan Vahan ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək, özünə qahmar axtarır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə