Prezidentin mətbuat müşaviri həbs olunub - QIRĞIZISTANDA

Prezidentin mətbuat müşaviri həbs olunub - QIRĞIZISTANDA
Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Nurqazı Anarkulov rüşvət aldığına görə tutulub. SİA xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumtda bildirilir ki, Anarkulov vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O aparıcı dövlət vəzifələrindən birinə təyinatla bağlı müsbət qərar qəbul etmək üçün müraciət edən şəxsdən külli miqdarda pul istəyib. Qeyd edək ki, o 2020-ci ilin oktyabr ayında Sadr Japarovun sərəncamı ilə Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri təyin edilib.
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə