Polşada abort qadağasına qarşı etirazlar

Polşada abort qadağasına qarşı etirazlar

Artıq üçüncü gündür ki, Polşada abortu tamamilə qadağan edən qərara qarşı etirazlar davam edir. SİA bu barədə "Reuters"-ə istinadən xəbər verir. Bildirək ki, abortu, demək olar ki, tamamilə qadağan edən Polşa Konstitusiya Məhkəməsinin qərarı 27 yanvar tarixində qüvvəyə minib.

Məhz buna etiraz edən polşalı qadınlar "Məhdudiyyətsiz abort", "Abort mənim haqqımdır" və bir çox digər plakatlarla Varşava küçələrində yürüş ediblər: "Özümüzü kölə olmağa qoymayacağıq, bədənimiz bizə məxsusdur". Bildirək ki, bu da yürüşdə səsləndirilən əsas şüarlardan biri olub.

Agentlik etirazlar zamanı nümayişçilərlə polis arasında kiçik toqquşmalar olduğunu və bu zaman hüquq-mühafizə orqanları əməkdaşlarının gözyaşardıcı qazdan istifadə etdikləri də bildirilir. ...Və ən maraqlısı isə Varşava meri Rafal Tşaskovskinin də etirazçılar tərəfindən iştirak etməsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə